Türkiyədə Merihin heykəli ucaldılacaq

Türkiyədə Merihin heykəli ucaldılacaq
 

Türkiyənin Bolu şəhərində Merih Dəmiralın heykəli ucaldılacaq.

Paralel.az  xəbər verir ki, Bolu Bələdiyyə Başçısı Tanju Özcan Bozqurd işarəsi üçün UEFA-nın futbolçunu 2 oyunluq cəzalandırmasına reaksiya verib.

Özcan verilən cəzanı şiddətlə qınayıb və yerli futbol qurumunu da tənqid edib.

Boluda Merihin heykəlini ucaldacağına da söz verən T.Özcan, "Avropa gəlsin məni də cəzalandırsın" deyib.

 

0.014503955841064