Bakıda yeni bulvar salınır
Qanlı gölün ətrafında bulvar salınması işlərinə başlanılıb.
Paralel.az xəbər verir ki, bu barədə Trend-ə Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, layihəyə əsasən, gölün ətrafı bulvar olacaq:
"Hazırda gölün təmizlənməsi üçün işlər görülür, yol salınır, ağaclar əkilir və düzləmə işləri gedir. Bulvarın nə vaxta hazır olacağı hələ məlum deyil. Layihə orada bina tikən tikinti şirkətinin üstünə öhdəlik olaraq qoyulub".