Aşıq Ələsgər haqqında 1851-ci ildə dərc edilən məqalə

Aşıq Ələsgər haqqında 1851-ci ildə dərc edilən məqalə
 

Rus şairi, etnoqrafı, məmur Yakov Polonski Rusiya imperiyasının Qafqaz bölgəsində dövri nəşri olan "Kavkaz" qəzetinin redaktor köməkçisi işlədiyi dönəmdə, 1847-ci ildə ona regionda olan statistik faktların toplanması barədə yazı hazırlanması tapşırılır və bu məqsədlə o, Qafqazın regionlarına səfərə çıxır. Azərbaycana gələndə yerli folklor və mədəni adətlər barədə məlumatlar toplayan zaman, toy məclislərinin birində 26 yaşlı gənc bir aşıqla tanış olur. Əli-Əsgər kimi özünü təqdim edən gənc aşığın ətrafında o qədər adam toplanması və hər kəsin onu diqqətlə dinləməsi Polonskinin diqqətini cəlb edir. O səfərini davam edir və Tifilsə qayıdır. 1851-ci il, "Qafqaz" qəzetinin, 1-ci sayında, səhifə 3-də səfəri barədə yazır və orda tanış olduğu gənc aşıq haqqında yazır:

“Hamı ayaqlarını yaş torpaqda şumlamaqdan yorulmuşdu və belə bir ehtiramlı, təntənəli sükutla, bütün ulduzların parıldadığı bir vaxtda iyirmi yaşlarında bir tatar Əlinin ətrafına toplaşdılar, onun səsinə qulaq asdılar”

Bu aşıq sonradan bütün regionda məhşur olan Aşıq Ələsgər idi. Polonski onun səsinə və danışdığı dastanlara o qədər aşiq olmuş idi ki, gürcü, fars və erməni musiqiçilərindən onu daha üstün tutduğunu yazısında qeyd edir.

Həmin qəzetin üz qabığı və yazısının screen hissəsini Sizlərə təqdim edirəm. PDF formada da məndə var. Kim istəsə göndərə bilərəm.

Dos. Zaur Əliyev 

Paralel.az 

0.042833089828491