AMEA öz təyinatı üzrə niyə çalışmır?

AMEA öz təyinatı üzrə niyə çalışmır?
 

İsa Həbibbəyli bioloji yaşla bağlı intellektual gücünü itirmiş şəxsləri müşavir təyin edib.

Dövlət büdcəsindən onlara əlavə maaşlar verilməsini təmin etməklə bir daha sübut edir ki, AMEA öz təyinatı üzrə çalışmır.

Dostlarla yaxşı gün keçirmək, qocalığı dövlət qurumunda gənclərə zülüm etməkdən həzz almaq üzərində qurmaq prioritetdir.

İsa Həbibbəyli, hərətərəfli təmin olunmuş bu şəxslərin müşavir maaşına ehtiyacları yoxdur axı! Niyə israfçılıq edirsiniz? Onların yaşla bağlı əmək qabiliyyətləri qalıbmı? Əsla qalmayıb! 89 yaşında onlar istirahət etməlidirlər, ancaq AMEA-da yox!

Əcəba, Akademiyada məhsuldar kadrlara düşmən münasibəti bəsləmənizin səbəbi yoxsa dövlət sevgisindəndir?! Sadəcə məsuliyyət hiss etmir, bildiyinizi edirsiniz. Taktikanıza bələdəm.

Narazılar yaradıb və ustalıqla həmin narazılığı ölkə başçısının ünvanına yönəltmək. Yəni siz aydan arı, sudan durusunuz. Günahkar yuxarılardır.

Bilmirəm, sizin bu qəzəb və qisas hislərinizin səbəbi nədir?!

İdris Abbasov, professor

0.017206907272339