Həyat yoldaşı Trampın seçki proqramının əsas məqamı ilə razılaşmır

Həyat yoldaşı Trampın seçki proqramının əsas məqamı ilə razılaşmır
 

Donald Trampın həyat yoldaşı Melaniya Tramp onun seçkiqabağı kampaniya proqramının əsas məqamlarından biri - aborta münasibətlə bağlı onunla razılaşmayıb. 

Paralel.az Qaynarinfo-ya istinadən xəbər verir ki, keçmiş birinci xanımın hələ satışa çıxmamış kitabına eksklüziv giriş əldə edən "The Guardian"ın məlumatına görə, o, xatirələrində qadının öz bədəninə nəzarət etmək hüququnu, o cümlədən abort etmək hüququnu dəstəklədiyini bildirib.

"Qadınların uşaq dünyaya gətirməkdə öz əqidələrinə əsaslanaraq, hökumətin heç bir müdaxiləsi və təzyiqi olmadan öz seçimlərini həll etməkdə muxtariyyətə malik olacağına zəmanət vermək lazımdır", deyə Melaniya Tramp qadının fərdi azadlıq və onun öz həyatı istədiyi təqdirdə hamiləliyi dayandırmaq hüququ var.

"Bir qadının arzuolunmaz hamiləliyi dayandırıb-dayandırmamaq hüququnu məhdudlaşdırmaq onu öz bədəninə nəzarət etməkdən məhrum etməyə bərabərdir. Bu inancı yetkin həyatım boyu özümlə daşımışam", deyə o vurğulayıb.

"The Guardian" qeyd edir ki, Melaniya Tramp nadir hallarda öz siyasi fikirlərini açıq şəkildə ifadə edir, lakin onun qarşıdan gələn kitabı əsas Respublikaçı siyasətlə qətiyyən uyğun olmayan fikirləri göstərir. Eyni zamanda, Tramp kampaniyası hələlik bu məsələ ilə bağlı heç bir şərh verməyib.

Qeyd edək ki, 2022-ci ildə Ali Məhkəmənin Dobbs Ceksona qarşı işində Donald Tramp prezident olduğu zaman təyin edilmiş üç hakim 1973-cü ildən bəri federal abort hüquqlarını qoruyan "Roe v. Wade"i ləğv etmək üçün səs verib. O vaxtdan bəri, Respublikaçıların rəhbərlik etdiyi ştatlar abort qadağalarını qəbul ediblər.

Debatda Tramp ştatların abortla bağlı qanunlar qəbul etmək hüququnu dəstəklədiyini və prezident olacağı təqdirdə federal qanunları gücləndirməyəcəyini bir daha təsdiqləyib.

Bundan əlavə, onun vitse-prezident namizəd Cey Di Vens də seksist ifadələri ilə tanınır.

 

0.017656803131104