"İndi subay oğlanlar boşanmış qadınlarla evlənirlər" - Psixoloq Zeynəb Əyyubova

 

Son illər internet üzrə tanışlıqların fəsadları artıb. Belə fəsadlardan biri də qızların, hətta bəzi hallarda evli qadınların başqası ilə qaçmasıdır. Buna səbəb nədir və qarşısını necə almaq olar?

Paralel.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirdi ki, buna səbəb çox vaxt ailə arasında mənəvi boşluqların olmasıdır:

"Əgər bir qız məktəbi qurtarıbsa, ali təhsil almaq fikri yoxdursa, ancaq evdə oturursa, yəni heç bir məşğuliyyəti yoxdursa, bu qızın sosial şəbəkələrdə çox olması, sosial şəbəkələrdə aktiv fəaliyyəti normal haldır. Çünki başqa bir işi, başqa bir məşğuliyyəti yoxdur. Amma məsələnin bu tərəfinə baxaq ki, sosial şəbəkədə kimləsə tanış olmaq, kimləsə normal şərtlərdə danışmaq, kimdənsə normal şəkildə dost olmaq, bu münasibəti irəlilətmək pis bir şey deyil. Amma niyə qaçmaq? Niyə adət-ənənəyə uyğun olaraq hər bir qızın istədiyi kimi normal şərtlərlə getmirlər, bax bizdə bu, sual doğurur. Qaçan qızların adətən şüuraltısına, travmalarına, həyat tərzinə baxanda travmatik bir uşaqlıqları olur. Yəni evdən qurtuluş üçün qaçırlar. Ona görə də onlar tanış olub ilk onlara yaxşı bir söz deyən və ya yaxşı vəd verən insanla ailə qurmaq istəyirlər".

Psixoloqun sözlərinə görə, artıq oğlanlar ənəni dəyişiblər:

"Nəzərə alsaq ki, bu gün bir çox insan sosial şəbəkədə telefonda tanış olan insana pis baxmır, əsas məsələ qızlarımızın bu şəraitdə gedib özünü daha aşağı tutmasıdır. Bu, əvvəllər idi, artıq belə deyil. İndi oğlanlar artıq bu tendensiyanı dəyişiblər. Belə deyək ki, hətta boşanmış qadınlarla belə subay oğlanlar ailə həyatı qururlar. Yəni burada əsas məsələ qızların tez aldanması, düzgün seçim etməməsidir".

Zeynəb Əyyubova qeyd etdi ki, belə hadisələrin qarşısını almaq üçün ən effektiv yollardan biri valideynlərin qızlarına qarşı münasibətlərini tənzimləmələridir.

 

0.014078855514526