"Əgər hücum olarsa, neft zavodlarına zərbələr endiriləcək"- SEPAH 

 

"İsrail İran ərazisinə hücum edərsə, İran İsrailin neft emalı zavodlarına və qaz yataqlarına zərbələr endirəcək".

Paralel.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müavini, kontr-admiral Əli Fədavi deyib.

"İşğalçılar səhv etsələr, biz onların bütün enerji mənbələrinə, neft emalı zavodlarına və qaz yataqlarına zərbələr endirəcəyik", - Əli Fədavi vurğulayıb.

Qeyd edək ki, oktyabrın 4-də İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei Tehranda cümə namazı zamanı İran İslam Respublikasının İsrailə qarşı sonuncu raket hücumunun qanuni olduğunu bildirib.

 

0.019742012023926