Bu silah qan tökmür, baş kəsmir, ev yıxmır, tam əksinə... - Rövşən Ağayev
Məndən soruşsalar ki, ölkənin gələcək inkişafı, rifahın ən üst səviyyədə olduğu və qürurlu vətəndaşlara sahib cəmiyyətə çevrilməsi üçün ən təməl şərt nədir, tərəddüdsüz azad medianın mövcudluğu deyərəm.
Azad media (təbii ki, müstəqil vətəndaş cəmiyyətilə paralel) ədalət və azadlıq uğrunda mübarizə aparan insanların (qrupların) məğlubedilməz silahıdır.
Bu silah qan tökmür, baş kəsmir, ev yıxmır, tam əksi zalımları, haqsızları diz çökdürür, onların yuxusuna haram qatır, ədalət tərəzisi qiyafəsinə bürünüb hər kəsə layiq olduğu yeri göstərir.
Bu gün Azərbaycanda belə bir media ənənəsinin və azad jurnalistikanın ləyaqətinin qorunub saxlanması üçün gözünü qırpmadan fərdi azadlığından tərəddüdsüz vaz keçən dəyərli bir insanın ad günüdür.
"Abzas"ın redaktoru, haqsız ittihamlala artıq 7 aydır həbs həyatı keçirən Sevinc Vaqifqızının doğum gününü təbrik edirəm.
Daha firavan, təhülkəsiz və qayğısız bir ölkədə yaşaya biləcəyimiz halda qara əllər bizi zülmətdən buraxmaq istəmir.
Amma görünür sıra ilə əvvəl 70, 80 və 90-ların, indisə 2000-lərin gənclərinin boynuna bu ölkədə azad bir cəmiyyət qurmaq missiyası düşüb.
Sevinc xanımı təbrik edirəm.
Daha gözəl günləri arzuladığımız bir ölkədə birlikdə yaşayacağımıza inamım sonsuzdur.
Geriyə yolumuz yoxdur, tutdğumuz yolun sonuna çatacağıq...
Paralel.az