Şəhidin "təzəsi" " köhnəsi" olmur, ay mən deyənlər...
Tapdıq Abbas
Qarabağ müharibə veteranı, "Əməkdar Mədəniyyət işçisi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, "Azad Jurnalistər Təşkilatı" İB dönəm sədri, Qarabağ Komitəsi İdarə Heyətinin üzvü
Bütün Şəhidlərimizə, o cümlədən fədakarlığı, cəsurluğu ilə həmişə döyüşlərdə hamıya nümunə göstərib, öndə gedən və şəhidlik zirvəsinə yüksələn döyüş qardaşımıza ALLAH (t.t.) qəni-qəni rəhmət eləsin, Şəhidlərimizin hamısı nur içində yatsınlar! AMİN!
Amma təəssüflə qeyd edirəm ki, Qarabağ müharibəsinin iştirakçılarına münasibətdə çox tez-tez xoşagəlməz mənzərə ilə qarşılaşırıq! Narazılıq onunla bağlıdır ki, BƏZİ vəzifəli və imkanlı adamların Qarabağ müharibəsindən bu və digər yolla BƏZİ qaçırıb gizlətdikləri və vəzifələrə düzdükləri övladları həddini çox aşırlar.
Dolayı vasitələrlə yüksək vəzifə tutan bu BƏZİ "ağzından süd iyi gələn məmurlar", müharibənin bir gününü yox, heç bir saatını da yaşamağın nə olduğunu bilmirlər.
Amma "papa-mama"sının bu "gül balaları" Qarabağ müharibəsinin şəhidlərinə, qazilərinə və iştirakçılarına aşağı nəzərlə baxmaqdan heç utanmırlar.
Onlardan söz düşəndə dərhal üsyankarcasına deyirlər ki, "əşşi, birinci Qarabağ müharibəsinin şəhid ailələri, qaziləri, veteranları ilə qurtarmışıq də, vaxtımızı almasınlar, indi yalnız ikinci Qarabağ müharibəsinin və bir də birgünlük antiterror əməliyyatının şəhidlərinin ailələrinə, qazilərinə, veteranlarına və iştirakçılarına xidmət ediirik, onlar buyursunlar"!!!...
Baxın, hamısını tanıyırsınız, bu tiplərin utanmaz sifətinə yaxşı baxın, daxili himayədarlarının vasitəsilə xalqın minlərlə şəhid verib, qurduğu, qoruduğu dövlətin vəzifəsini əlinə keçirən, mülkünü dağıdan bir qrup xəyanətkar bütöv bir cəmiyyəti, hətta Qarabağ müharibəsi şəhidlərini, qazilərini və veteranlarını çəkinmədən, utanmadan "təzə", "köhnə" qruplara bölürlər!...
Bu rəzaləti törədənlər barədə düşünürəm ki, axı, bunlar kimdir, nəçidir, vallah belə olmaz, xalqın igid oğulları haqqında bu cür aşağılayıcı bölücülüyə yol verməyə kimlərdir cəsarət edənlər?!...
Bu bölücülüyü aparanlar, bundan həzz alanlar mütləq bu rüsvayçılığın cavabını cənab Prezidentdən və Xalqdan artıqlaması ilə alacaqlar!
Bu, tez, ya gec ola bilər, amma gərəkən cavabı XALQ MÜTLƏQ verəcək, əmin olun!..