Türkiyə Muş şəhəri - İlhami Cəfərsoy yazır...

Türkiyə Muş şəhəri - İlhami Cəfərsoy yazır...
 

Ermənilər Türkiyənin Avan gölünü Van gölü adlandırır, gölün qərb tərəfindəki Muş şəhərinin erməni şəhəri olduğunu iddia edirlər. Yazırlar ki, mşuş Aşxalusun tumanından çıxanların dilində duman deməkdir. Əksinə, Muş etnonimi totem mənşəli olub pişiyə sitayişlə bağlıdır. At, it, pişik insanların çox qədim dostlarıdır. İt olmasa, qurdlar qoyunları yeyib qurtarardı, pişik olmasa, siçanlar, siçovullar evdəki buğda çuvallarını daşıyıb boşaldardı. Mahmud Kaşğari yazır ki, Türk dillərində erkək pişiyin ən iri cinsinə muş deyilir. Həmin pişiklər siçovulları ovlayır, tülküləri boğub öldürə bilirdilər. Aşıq Ələsgərin şeirlərində muş sözü vəhşi pişik mənasında işlənmişdir. Ustad aşığın bir qoşmasında deyilir:
Muşlar pələng olmaz, tülkülər aslan,
Danalar meydanda kəl ola bilməz.
Qədim Misirin Öğuz mənşəli fironlarının piramidalarından mumiyalanmış pişiklər tapılmışdır. Həmin pişiklərin boyunlarına ləl-cəvahiratla süslənmiş boyunbağılar var. Qədim dünyanın incəsənət inciləri olan o nəqqaşlıq nümunələrinin, üstündəki ləl-cəvahiratın indiki pulla yarım milyon dollara yaxın dəyəri vardır. Totemi muş olan etnik icmaların bir qolu Murov dağı ilə Göyçə gölünün arasında yaşayırdı. Onların adı ilə Murov dağı ilə üzbəüz dağ Muşov dağı adlanırdı. Er.əv.782-ci ilə aid Urartu mixi yazısında Muş etnik icmasının mahalı Muşuni adlandırılır. Muş sözün kökü, u mənsubluq, ni hal şəkilçisidir. Mən növbəti yazılarımın birində Oğuz mənşəli fironlarının piramidasından tapılan muş şəkillərindən birini statusa qoyacağam. Bizim Muşu bəyənməyib samanlıqdakı siçovullara aşiq olan İransevərlər yazırlar ki, Azər fars etnonimi, Azərbaycan farsların ölkəsidir. Evinizdə pişiklər saxlayın!!! İrangenlərin arxasınca buğda çuvallarınıza Hindpərəst siçovullar doluşmaqdadır. Mənim sözlərimə inanmasanız, telekanallarda Hindistandan İran yolu ilə Ermənistana silah daşıyan maşın karvanlarına baxın.

Paralel.az 

0.038501977920532