“Sürücü dili” - Bir ailənin neçə maşını ola bilər?

“Sürücü dili” - Bir ailənin neçə maşını ola bilər?
 

Adətən ictimai nəqliyyatdan istifadə edirəm. Son vaxtlar ayağımda problem yarandığına görə arada taksidən istifadə etməli oluram.
Bu günlərdə bir taksiyə minmişdim. Sürücü orta yaşlı bir kişi idi. Sakit küçələrdən birindən keçərkən bir maşınla üz-üzə gəldi. Əyləci basıb o biri maşındakı həmkarı ilə atüstü salamlaşıb soruşdu:
-Yenə oradasan?
O sürücü bu sürücüyə əli ilə nəsə işarə etdi və mənim anlamadğım bir “dildə” nəsə dedi. Gülüşdülər. Yəqin ki, mahnı oxuyanlar kimi maşın sürənlərin də oz “jarqon dili” var.
Nə isə...
Yolda kişi “dərdini” mənə danışmağa başladı.
Onun söhbətindən belə məlum oldu ki, bir müddət “xozeyin şoferi” olub. Amma işi alınmayıb. Onu çox işlədib, az donluq veriblər.
Sizcə “xozeyinin” neçə sürücüsü olsa yaxşıdır?
Taksiçinin deməsinə görə...

-Ailənin altı sürücüsü vardı. Bəlkə də inanmazsız... Bir maşın onun özünün, biri arvadının, biri gəlinininin qulluğunda olurdu, iki maşınsa nəvələrini məktəbə aparıb-gətirirdi. Hə, bir maşın da dükan-bazar üçün idi... Düzü heç birimiz bilmirdik ki, bu “xozeyin” nə işlə məşğuldur, nə sənətin, hansı vəzifənin sahibidir... Bayaq yolda rast gələn qaqaş da orada işləyirdi, həmin “xozeyinin” şoferi idi, dedi ki, ta orada işləmir...

Hə, indi əmin oldum ki, mahnı oxuyanlar kimi maşın sürənlərin də oz “gizli dili” olurmuş.

Firuz Mustafa 

0.017727851867676