ABŞ-də 36 illik bank iflas etdi
ABŞ-də 36 ildir fəaliyyət göstərən “Republic First Bank” iflas edib.
ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) Filadelfiyada yerləşən bankın bağlandığını və “Fulton Bank”a satıldığını açıqlayıb.
Bəyanatda bildirilib ki, əmanətçiləri qorumaq üçün “Fulton Bank” bütün əmanətləri və əsas etibarilə bütün aktivləri almağa razılaşıb.
Açıqlamada “Republic First Bank”ın Nyu-Cersi, Pensilvaniya və Nyu-Yorkdakı 32 filialının Fulton Bankın filialı olaraq yenidən açılacağı bildirilib.
ABŞ-də 2024-cü ilin ilk bank iflasının dəyərinin 667 milyon dollar olacağı gözlənilir.