Azərbaycanın xarici siyasəti müsbət nəticə verir

Azərbaycanın xarici siyasəti müsbət nəticə verir
 

Cənubi Qafqazda isə müharibə təhlükəsi qalır

Azərbaycan dünyada regionda yaranmış əlverişli siyasi hərbi imkanlardan səmərəli istifadə edərək, Ermənistanı daha çox müdafiə edən dünya super güclərilə balansı qoruya bilir. Bunu Qoşulmama Hərakatının üzv dövlətləri nazirlərinin Bakıda keçən uğurla yekunlaşan toplantısı da təsdiq etdi. Azərbaycanın sədrlik müddəti daha bir il uzadıldı. Bu siyasətin uğurla həyata keçməsini ölkə Prezidentinin xarici siyasətinin nəticəsi hesab edirəm. Söz yox ki, bu məsələdə qardaş Türkiyə ilə müttəfiqliyin rolu az deyil.

Dünyanın hazırkı durumu çox dəyişkən etibarsızdır. Rusiyanın Ukraynaya ilyarım ərzində davam edən hərbi təcavüzünün uğursuz perspektivi hər kəsə, hətta Putinin özünə , aydın olsa da, Rusiyanın Ukrayna ilə müharibədən geri çəkilməsi yaxşı bir şey vəd etmir.

Ukraynaya təcavüzün Rusiya ilə ABŞ Avropa dövlətləri arasında hərbi qarşıdurmanı gücləndirdiyi, münasibəti pozduğu kimi, hərbi qarşıdurmanın Rusiyanın müttəfiqlərinə, o cümlədən Azərbaycana da mənfi təsir edəcəyinə şübhə etmirəm.

Amma bir şeyi yaddan çıxarmayaq ki, Azərbaycan döyüşən hər iki tərəflə münasibətini normal saxlayır hər iki dövlət arasında sülh sazişi bağlamasına yardım etməyə çalışır.

Artıq ABŞ Avropa dövlətlərinin rəhbərləri anlayırlar ki, Cənubi Qafqazı öz təsir dairəsində saxlayan, ordusunu Ermənistan Azərbaycan ərizisinə yerləşdirən Rusiyanın maraqlarını nəzərə almadan Azərbaycanı pis təsirlərdən, hətta təcavüzdən qorumaq mümkün deyil.

Azərbaycan həm ABŞ Avropa dövlətlərilə, həm Rusya, Çin digər güclü dövlətlərlə ikitərəfli dostluq münasibətlərinin inkişafına üstünlük verməklə, Ermənistanın Azərbaycanın sülh sazişi bağlamaq təklifindan imtina etməsinin bəhanə olduğunu sübut edir.

Brüsseldə, Vaşinqtonda, Soçidə Moskvada keçirilmiş üçtərəfli görüşlərdə Azərbaycanın öz ədalətli mövqeyini cəsarətlə, bir addım da geri çəkilmədən müdafiə etməsi, ölkəmizin beynəlxalq hüquqa əsaslanan şərtlər daxildə ərazi bütövlüyünü qorumasını danışıqlarda iştirak edən bütün tərəflər istəməsələr belə, təsdiq etməyə məcbur olunublar.

Lakin regionda müharibə təhlükəsi artır. Ermənistanın baş naziri N. Paşinyan məcburiyyət qarşısında qalıb danışıqlarda Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etdiyini dilə gətirən kimi Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələri tərəfdən ardıcıl atəşə tutulur, zabit əsgərlərimiz yaralanır həlak olur.

Siyasətdən xəbəri olan hər kəs bilir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına çalışan ABŞ Avropa İttifaqının cəhdləri Rusiyanı qane etmir. Yəni Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanarsa, Rusiya regiondan çəkilməlidir. Rusiyanın istədiyi odur ki, Ermənistanla Azərbaycan arasında hərbi münaqişə daim alovlansın Rusiya hərbçiləri hər iki ölkədə əbədi qalsın.

ABŞ üzv ölkələri Ukraynaya ardıcıl hərbi yardım göstərir Rusiyanı uzunmüddətli müharibəyə cəlb edərək, hərbi iqtisadi tənəzzülə sürükləyir. Rusiya iqtisadi cəhətdən hər gün zəifləyir, hərbi sursat canlı qüvvə tükənir, rubl sürətlə qiymətdən düşür, məmurlar dərin təşviş içindədir, var-yoxunu itirmək təhlükəsilə üzləşənlər vətəndaşlıqdan imtina edir artıq Rusiyada dərin çöküş başlayıb.

Rusiyanın hərbi təcavüzü nəticəsində Ukraynada davam edən üzücü müharibənin gedişini izləyən dünya ictimaiyyəti, o cümlədən 200 ildir Rusiyanın zülmü ilə üzləşən bu zülm nəticəsində çox şey itirən xalqımız qardaş Ukrayna xalqının qələbəsini səbirsizliklə gözləyir. Rusiya Ukraynaya hərbi təcavüz etməklə, onun müstəqilliyinə qəsd etməsi Rusiyanın çoxdan qazandığı işğalçı obrazını daha qabarıq şəkildə ortaya çıxardı, onun mənəvi məğlubiyyətini təmin etdi fiziki məğlubiyyətinə aparan yolu açdı.

ÇVK "Vaqner" hərbi qruplaşmasının komandiri Priqojinin qısamüddətli hərbi qiyamı Rusiyanın nəyə qadir olduğunu ortaya qoydu. Xarici daxili qüvvələr tərəfindən təşkil edildiyi iddia edilən bu hərbi qiyam Putinə qarşı keçirilən böyük yoxlama oldu. Məlum oldu ki, SSRİ-ni bərpa etmək həvəsinə düşən Putinin dayaqları çox zəif çürükdür.

Rusiyanın Azərbaycan üçün etdiyi düşmənçiliyin sayı-hesabı saymaqla bitmir, ən yekəsi isə torpaqlarımızda Ermənistan adlı oyuncaq dövləti yaratması onun ərazisini 9 min kv. km-dən 29 min kv.km-ə çatdırması, üstəlik, öz ordusunu "sülhməramlı" adı ilə Yuxarı Qarabağa yeridib, torpaqlarımızı işğal etməsidir.

Arzu edək ki, Ukrayna ordusu Rusiya ordusunu tezlkilə məğlub edib, öz ərazi bütövlüyünü təmin etsin Rusiyanın postsovet məkanında ağalıq iddiasına son qoysun...

 

0.01429009437561