Moskvadakı teraktda ölü sayını 4-5 dəfə azaldan detal - Azərbaycanlı danışdı

Moskvadakı teraktda ölü sayını 4-5 dəfə azaldan detal - Azərbaycanlı danışdı
 

Moskvada konsert salonunda 150 nəfərin həlak olduöğu teraktın əks-sədası davam edir.

Paralel.az Türkiyənin "haberler.com" saytına istinadla xəbər verir ki, Moskvada gözəllik salonu işlədən və hücumdan sağ çıxmağı bacaran Nazilə Mehdiyeva həmin gün yaşadıqlarını danışıb.

"Həmin saatda azərbaycanlı müğənni Röyanın konserti vardı. Mən də ora getmişdim. Lakin iftar vaxtı çatanda konsertə getmədik və konsertin başlaması gecikdi.

Terrorçular heç bir müqavimətlə qarşılaşmadılar. Hətta mühafizəçilər hamıdan əvvəl qaçıblar. Terrorçular dəhlizdə müxtəlif qapılardan çıxmaq istəyənləri təqib edərək güllələdilər. Əgər konsert vaxtında başlasaydı, orada azı 5 min insan olardı. Bəlkə də atəş səslərini eşidəndən sonra hamımız bayıra çıxacaqdıq. Terrorçular bizi də öldürəcəkdi, ölənlərin sayı bəlkə də 4-5 dəfə çox olacaqdı. İftara gedənlər 7-8 dəqiqə fərqlə sağ qaldı", - Mehdiyeva söyləyib.

Xatırladaq ki, son məlumata görə, martın 22-də Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində 137 nəfər ölüb, 182 nəfər yaralanıb

 

 

0.038967132568359