Almaniyadan Ermənistana şok təklif: bu halda pul verəcəklər

Almaniyadan Ermənistana şok təklif: bu halda pul verəcəklər
 

Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır, bu və digər anti-Rusiya addımlarının müqabilində Berlin İrəvana maliyyə yardımı təklif edir. 

Bu barədə TASS-a məlumatlı mənbə bildirib.

“Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə çalışır. Berlinin vəzifəsi İrəvanla Moskva arasında mümkün qədər ixtilaf yaratmaqdır. Almanlar Rusiya sərhədçilərinin Ermənistan ərazisindən tez çıxarılmasında və ölkə hakimiyyətinin öz dövlət aparatını Rusiyaya dostluq edən şəxslərdən təmizləməsində, o cümlədən silahlı qüvvələrin, kəşfiyyat xidmətlərinin və hüquq-mühafizə orqanlarının lüstrasiyasında maraqlıdır. Bunun müqabilində Berlin İrəvana maliyyə və texniki yardım göstərməyi, o cümlədən Nikol Paşinyan hökumətinin Qarabağ ermənilərini Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətindən qorumaq istiqamətində dəstək verməyi təklif edir”, - agentliyin həmsöhbəti qeyd edib.

 

 

0.018773078918457