Ukrayna 2024-cü ildə daha da çox ərazi itirə bilər - "Time"

Ukrayna 2024-cü ildə daha da çox ərazi itirə bilər -
 

2024-cü ildə Ukrayna əhəmiyyətli ərazilərini itirə bilər və çarəsizlikdən NATO-nu Rusiya ilə açıq münaqişəyə sürükləyə bilər. 

Paralel.az xəbər verir ki, bunu "Eurasia Group" analitik agentliyinin direktoru Yan Bremmer “Time” jurnalı üçün yazdığı məqalədə qeyd edib .

Onun sözlərinə görə, 2024-cü ildə Ukrayna faktiki olaraq hissələrə bölünəcək.

"Onun ərazi itkiləri daimi ola bilər və hətta arta bilər", - analitik bildirib.

O hesab edir ki, ABŞ-nin dəstəyinin azalması, Kiyev üçün “sarsıdıcı zərbə” olub. Ukrayna Silahlı Qüvvələrində insanların olmaması ilə birlikdə bu onun vəziyyətini çox çətinləşdirir.

"Kiyev bu il böyük hərbi risklərə getməli olacaq, o cümlədən Rusiya ərazisinə yeni zərbələr endirməklə qarşı tərəfin misli görünməmiş dərəcədə əks reaksiyasına səbəb olacaq. Bu da nəticədə NATO-nu münaqişəyə sürükləyə bilər", - Bremmer qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Qərb müşahidəçiləri gələn ilin Ukrayna münaqişəsində həlledici olacağını irəli sürüblər. Bundesverin istefada olan general-leytenantı Roland Katerin sözlərinə görə, danışıqlar məsələsi yaxın vaxtlarda həll oluna bilər, bundan sonra qarşıdurma dayandırılacaq.

ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Skott Ritter isə Ukraynanın Rusiya üçün məqbul şərtlərlə sülh imzalamaması halında ərazisinin daha 30 faizini itirəcəyini açıqlayıb. 

 

 

0.015470027923584