Niyə bütün güclərin diqqəti Zəngəzura yönəlib? - Tomas de Vaal

Niyə bütün güclərin diqqəti Zəngəzura yönəlib? - Tomas de Vaal
 

"Kimin ağlına gələrdi ki, Zəngəzur 1919-1920-ci illərdə olduğu kimi yenidən geosiyasi rəqabət və diplomatiya mərkəzinə çevriləcək. Hər şey yenidən təkrarlanır. Bu gün Zəngəzur həm Şimal-Cənub, həm də Şərq-Qərb istiqamətləri üçün əsas marşrutdur".

Paralel.az xəbər verir ki, bunu Karnegi Fondunun aparıcı tədqiqatçısı, Qarabağ məsələsi üzrə ekspert Tomas de Vaal “Azadlıq” radiosuna müsahibəsində deyib.

Onun fikrincə, Zəngəzurdan keçən dəmir yolu təkcə Azərbaycanla Türkiyənin deyil, eyni zamanda Şimal-Cənub dəhlizi baxımından Rusiya ilə İran üçün, Qərbə görə isə Türkiyə, Ermənistan, Azərbaycan üzərindən Orta Asiyaya yeni Şərq-Qərb əlaqə xəttidir. 

"Ona görə də 43 kilometrlik bu kiçik dəmir yolu hamını maraqlandırmağa başlayır. Ukrayna müharibəsi bütün bu Şərq-Qərb əlaqələrini bağladığından Qafqazda Şərq-Şimal-Cənub kanallarının əhəmiyyəti daha da artıb. Düşünürəm ki, buna görə də hamı diqqətini Ermənistanın cənubundakı bu kiçik bölgəyə yönəldib”, – Tomas de Vaal qeyd edib.

 

 

0.039498805999756