ABŞ Ukraynaya hərbi dəstəyini azaldacaq

ABŞ Ukraynaya hərbi dəstəyini azaldacaq
 

“ABŞ Ukraynaya hərbi dəstək verməyə davam edəcək, lakin 2022-2023-cü illər səviyyəsində olmayacaq”.

Paralel.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Biz lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcəyik, lakin bu o demək deyil ki, biz onlara 2022 və 2023-cü illərdə verdiyimiz hərbi maliyyə səviyyəsində dəstəyi davam etdirəcəyik”, - Miller deyib.

Onun sözlərinə görə, gələcəkdə Kiyevə ABŞ və müttəfiqlərindən maliyyə ayrılmasına ehtiyac olmayacaq, çünki Qərbin məqsədi Ukraynanın özünü hər şeylə, o cümlədən silahla təmin etməsidir.

 

0.11055397987366