Şolts su basan ərazilərə getdi

Şolts su basan ərazilərə getdi
 

Almaniya kansleri Olaf Şolts ölkənin şimal-qərbində leysan yağışlardan sonra daşqınlara tüğyan etdiyi şəhərlərə səfər edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Kansler ölkənin şimal-qərb hissəsini, o cümlədən Aşağı Saksoniyanı helikopterlə yoxlayıb. Sonra Ferden şəhərinə gələn kansler təhlükəsizliyin təmin olunmasında göstərdiyi birgə səylərə görə polis, yanğınsöndürənlər, hərbçilər və könüllülərə təşəkkür edib.

Aşağı Saksoniya qubernatoru Stefan Veyl bildirib ki, minlərlə könüllü şəhərdəki evləri və binaları daşqınlardan qorumaq üçün qum torbaları basdırıb.

Oxşar tədbirlər qonşu ştatlarda sakinlər və fövqəladə hallar xidmətləri tərəfindən həyata keçirilir.

Qeyd edək ki, dekabrın 29-da Almaniyada Reyn çayının daşması nəticəsində Köln, Bonn, Düsseldorf kimi şəhərlərdə həyat iflic olub. Avropanın ən uzun çayı olan və mənbəyini Alp dağlarından götürən çayın sahilində yerləşən bu şəhərlərdə suyun səviyyəsi son bir həftədə 2 metr qalxaraq 6,5 metrlik bir həddə çatıb. Ölkədə sonuncu belə təbii fəlakət 2021-ci ildə qeydə alınıb. Reyn çayında suyun səviyyəsinin 8 metri keçməsi 135 nəfərin ölümünə səbəb olub.(Report)

 

0.0226149559021