Soyuq havaya görə Qırğızstan onlayn təhsilə keçildi

Soyuq havaya görə Qırğızstan onlayn təhsilə keçildi
 

Qırğızıstanda soyuq hava ilə əlaqədar bütün təhsil müəssisələrində üzbəüz təhsilin dayandırılması və təlimin onlayn keçirilməsi qərara alınıb.

Bu barədə Qırğızıstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə soyuq hava şəraiti ilə əlaqədar bu gündən gələn həftəyə qədər üzbəüz təhsilin dayandırılmasına qərar verilib.

Ölkənin Fövqəladə Hallar Nazirliyinə bağlı Hidrometeorologiya Xidmətindən verilən açıqlamada vurğulanıb ki, bəzi yerlərdə havanın temperaturu mənfi 35-dən aşağı düşəcək.

 

0.069329023361206