Türkiyə səfirliyi qarşısında PARTLAYIŞ

Türkiyə səfirliyi qarşısında PARTLAYIŞ
 

Qırğızıstanın paytaxtı Bişkekdə Türkiyə səfirliyi qarşısında güclü partlayış hadisəsi olub.

Məlumata görə, Türkiyə səfirliyi yaxınlığındakı partlayış avtomobildə baş verib.

Partlayışdan sonra ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Səbəbi hələ məlum olmayan partlayış səfirliyin binası yaxınlığında baş verdiyi üçün diqqət çəkib.

Hadisədən ilk görüntülərdə avtomobildən tüstü qalxdığı və yanğınsöndürənlərin yanan avtomobili söndürməyə çalışdığı görülüb.

Partlayış nəticəsində ölənlərin olub-olmadığı hələlik məlum deyil. Hadisənin səbəbi ilə bağlı Qırğızıstan rəsmiləri tərəfindən hələlik rəsmi açıqlama verilməyib.//Manset.az

 

0.020545959472656