Bu paytaxta PUA hücumunun qarşısı alındı – RƏSMİ 

Bu paytaxta PUA hücumunun qarşısı alındı – RƏSMİ 
 

Paralel.az-ın məlumatına görə, bu barədə paytaxt meri Sergey Sobyanin özünün Telegram kanalında məlumat verib.
"Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan PUA-nı vurub", - mer yazıb.

Sobyaninin sözlərinə görə, Bryansk, Tula və Kaluqa vilayətlərində pilotsuz uçuş aparatlarını (PUA) vaxtında aşkarlamaq və məhv etmək mümkün olub.

“Tələfat və ya ciddi dağıntı olmayıb”, - mer qeyd edir.

Merin sözlərinə görə, dronların daha da müəyyənləşdirilməsi üzrə işlər davam edir. Hazırda fövqəladə hallar xidmətinin əməkdaşları PUA-nın dağıntılarının düşdüyü yerlərdə işləyir.

0.014742851257324