Möcüzə baş verməsə, Ukrayna bu şəhəri də İTİRƏCƏK

Möcüzə baş verməsə, Ukrayna bu şəhəri də İTİRƏCƏK
 

Ukrayna Silahlı Qüvvələri Avdiyivkada ciddi problemlərlə üzləşib və yalnız möcüzə Ukrayna Silahlı Qüvvələrinə bu şəhər üzərində nəzarəti saxlamağa imkan verəcək.

Bu barədə "Welt" yazır.

"Ukraynanın 47-ci mexanikləşdirilmiş briqadasının əks hücumu kimi bir möcüzə baş verməsə, Avdiyivka yıxılacaq", - məlumatda deyilir.

Qeyd edilib ki, şəhər uğrunda döyüşdəki vəziyyət Ukrayna silahlı qüvvələrinin aşağı hazırlığını ortaya qoyur.

Həmçinin bildirilibki, Ukrayna Silahlı Qüvvələri ehtiyat və rotasiya çatışmazlığı, artilleriya mərmiləri və hərbi texnika çatışmazlığı və Rusiya Hərbi Hava Qüvvələrinin aşkar üstünlüyü kimi bir sıra problemlərlə üzləşib.

"Espanyola" dəstəsinin əsgərləri Avdeevkanın tezliklə rus ordusunun nəzarətinə keçə biləcəyini bildiribilər. Döyüşçülərin sözlərinə görə, hazırda şəhər uğrunda qızğın döyüşlər gedir.

Ukraynalı komandir Aleksandr Tarnavski Rusiya Silahlı Qüvvələrinin Avdiyivka bölgəsində üçüncü hücum dalğasına başladığını açıqlayıb. O qeyd edib ki, Rusiya aviasiyası Tauride istiqamətində 11 zərbə endirib.

 

0.015619039535522