İranda pensiya yaşı artırıldı: Sosial partlayış olacaqmı? - VİDEO

İranda pensiya yaşı artırıldı: Sosial partlayış olacaqmı? - VİDEO
 

Səlahiyyət müddəti bitməkdə olan 11-ci çağırış İran parlamenti noyabrın 19-da ölkədə pensiya yaşının artırılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu qanun İbrahim Rəisi hökumətinin hazırladığı “Yeddinci inkişaf proqramı” çərçivəsində qəbul olunub. Belə görünür ki, parlamentin bu qərarı tezliklə Nəzarət Şurası tərəfindən də təsdiqlənəcək.

Paralel.az xəbər verir ki.u barədə “Azad İran” “YouTube” kanalı məlumat yayıb.

Bildirilir ki, hazırda İranda “Sosial təminat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, pensiyaya çıxmaq üçün maksimum yaş həddi kişilər və qadınlar üçün müvafiq olaraq 60 və 55 yaş təşkil edir və vətəndaş ən azı 20 illik sığorta ödəmə tarixi ilə pensiyaya çıxa bilər.

Yeni qanuna görə, müxtəlif yaş səviyyələrində pensiya yaşı addım-addım və qeyri-bərabər dərəcələrlə artır. Ümumən pensiya yaşının iki il artırıldığı bildirilsə də, əslində, qeyd olunan yanaşma əsasında artım daha böyükdür. Belə ki, İran parlamentinin deputatı Möhsün Zəngənənin yeni pensiya hesablamalarını izah edərkən dediyinə görə, qulluğunun ilk ilində olan insanın pensiya yaşına təxminən 12 il əlavə olunacaq.
İranda vətəndaşlar təqaüd yaşının artırılması ilə bağlı xəbərləri həyəcanla izləyirlər. Ölkədə pensiya fondlarının əksəriyyətinin iflasa uğradığını nəzərə alan bir çox ekspertlər parlamentin bu qərarını tezliklə partlayacaq saatlı bomba kimi qiymətləndirirlər.

Hazırda pensiya fondlarının 300 trilyon tümən büdcə kəsiri var ki, bu da əsasən, hökumətin sosial təminat təşkilatına borcundan qaynaqlanır. Gələcəkdə dövlət borcunun artım tendensiyasının davam edəcəyi proqnozlaşdırılır. İndiyə qədər hökumət səhmlərin bölüşdürülməsi, zavod və fabriklərin fondların ixtiyarına verilməsi, hətta torpaqların fondlara bağışlanması və mərkəzi bankdan birbaşa və ya dolayı borc götürməklə pul inyeksiyası kimi tədbirlər görərək vəsait böhranını cilovlamağa çalışıb. Lakin bu cəhdlər nəinki uğursuzluğa düçar olub, üstəlik, dövriyyədə nağd pul kütləsinin artmasına və inflyasiyaya yol açıb.

Ətraflı süjetdə:

 

 

0.016841888427734