Qan donduran cinayət: Arvadı ilə qızını öldürmək üçün kobra aldı - FOTO

Qan donduran cinayət: Arvadı ilə qızını öldürmək üçün kobra aldı - FOTO
 

Hindistanda kişi həyat yoldaşı və qızını kobra ilanı ilə öldürüb.

Paralel.az "Hürriyet"ə istinadla xəbər verir ki, hadisə Hindistanın Odişa əyalətinin Adheyqaon kəndində baş verib.

Belə ki, 2020-ci ildə ailə quran cütlük arasında sonradan fikir ayrılıqları yaranıb.

25 yaşlı K Qaneş Patra yaşıdı olan həyat yoldaşı K Basantini və 2 yaşlı qızını öldürmək üçün əvvəlcədən plan qurub.

Dini məqsədlər üçün istifadə edəcəyini deyərək kobra ilanı alan 25 yaşlı kişi zəhərli heyvanı plastik qutuda evinə gətirib.

Oktyabrın 6-na keçən gecə Patra kobra ilanını qutusundan çıxararaq arvadının və qızının yatdığı çarpayıya qoyub və yatmaq üçün başqa otağa keçib. O, səhər açıldıqdan sonra qonşularına yoldaşı ilə övladını ilan sancdığını deyib. Ana ilə övladı xəstəxanaya aparılsa da, həyatlarını xilas etmək mümkün olmayıb.

Hadisədən düz 1 ay sonra ölən qadının atası kürəkənindən şübhələnərək onu hüquq-mühafizə orqanlarına şikayət edib.

Qaneş Patra əvvəlcə ittihamları qəbul etməsə də, sonradan dindirilmə zamanı törətdiyi cinayət əməlini boynuna alıb. 

Hindistanlı kişinin qan donduran planı dünya mətbuatında gündəm olub.

 

 

0.019822835922241