Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini bağladı

Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini bağladı
 

Rusiya sülhməramlıları son 24 saat ərzində Qarabağda daha bir müşahidə məntəqəsini bağlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Qarabağda silahlı birləşmələrin tərk-silah edilməsi və buraxılması ilə əlaqədar sutka ərzində Rusiya Sülhməramlı Qüvvələrinin Əsgəran rayonu ərazisində daha bir müşahidə məntəqəsi bağlanıb”, - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı informasiya bülletenində bildirilib.
Müdafiə Nazirliyindən əlavə edilib ki, sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Qarabağ ərazisində ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

 

0.022089958190918