Fransa sinaqoqlarda təhlükəsizlik tədbirlərini gücləndirəcək

Fransa sinaqoqlarda təhlükəsizlik tədbirlərini gücləndirəcək
 

Fransanın daxili işlər naziri Jerald Darmanen Qəzza zolağında fələstinli yaraqlıların İsrailə qarşı hücumları fonunda Fransa ərazisindəki sinaqoqlarda və digər yəhudi məskənlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair göstəriş verib. 

"Paralel.az" xəbər verir ki, fransalı nazir bu barədə Tuluzada işgüzar səfərdə olarkən bildirib.

O əlavə edib ki, Parisə qayıtdıqdan sonra, İsrail hadisələri kontekstində ölkədə hansı problemlərin yarana biləcəyini müəyyən etmək üçün təhlükəsizlik toplantısı keçirəcək.(oxu.az)

 

0.026140928268433