ABŞ Rusiyadan gübrələrinin alışını rekord səviyyəyə – 944 milyon dollara çatdırıb 

ABŞ Rusiyadan gübrələrinin alışını rekord səviyyəyə – 944 milyon dollara çatdırıb 
 

Yanvar-iyul aylarında ABŞ Rusiya gübrələrinin alışını rekord səviyyəyə – 944 milyon dollara çatdırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Əvvəlki ən yüksək göstərici keçən il, yeddi ay ərzində alışların dəyəri 900 milyon dollara çatanda qeydə alınıb. Bu il ixracın dəyəri 5 % artıb.

Eyni zamanda, iyulda alışlar iyun ayı ilə müqayisədə üç dəfə, illik ifadədə isə, demək olar, 40 % azalaraq 54,4 milyon dollar təşkil edib. Bu, 2021-ci ilin avqustundan bəri minimumdur.

Rusiya bu il ABŞ-nin ikinci ən böyük gübrə tədarükçüsü olub. Birinci yerdə yeddi ayda 2,8 milyard dollar dəyərində gübrə tədarük edən Kanadadır. İlk beşliyə həmçinin Səudiyyə Ərəbistanı (484,4 milyon dollar), İsrail (216 milyon dollar) və Qətər (214,2 milyon dollar) daxildir.

Ümumilikdə, ABŞ bu ilin yanvar-iyul aylarında gübrə idxalını 22 % azaldaraq 6 milyard dollara çatdırıb. Eyni zamanda, bu kateqoriya üzrə amerikan ixracı da 36 % azalaraq 3,4 milyard dollara düşüb.

 

0.022608041763306