Şolz: "Kiyevə silah tədarükü ilə bağlı tələsik addımlar atmayacağıq"

Şolz: 
 

Almaniyanın Ukraynaya silah tədarükü ilə bağlı bütün qərarları diqqətlə ölçüləcək, tələsik addımlar atılmayacaq.

Paralel.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz "Passauer Neue Presse" qəzetində dərc olunan müsahibəsində deyib.

Jurnalistlər soruşyblar ki, Kiyevi Moskvanı bitirə biləcək silahlarla təchiz etmək səhvdirmi?

“Belə qərarlar heç kim üçün asan deyil, bütün müttəfiqlər Ukraynaya mümkün qədər kömək edirlər. Bütün oxucularınızı əmin etmək istərdim ki, Almaniyaya qarşı hansı tələblər irəli sürülməsindən asılı olmayaraq, mən bundan sonra da hər bir qərarı diqqətlə nəzərdən keçirəcəyəm və heç vaxt tələsik hərəkət etməyəcəyəm”, - deyə Şolz cavab verib.

Almaniyadan Ukraynaya humanitar, maliyyə və hərbi yardımların ümumi məbləği son il yarımda təxminən 20 milyard avro təşkil edib. Digər şeylər arasında Berlin Kiyev hakimiyyətini hava hücumundan müdafiə sistemləri və döyüş tankları ilə təmin edib. İndi Ukrayna “Taurus” raketlərini almaq istəyir, lakin Almaniya hakimiyyəti qərar verməyə tələsmir.

 

0.015550136566162