Bu ölkədə ötən il 9 mindən çox insan QİÇS-dən ölüb

Bu ölkədə ötən il 9 mindən çox insan QİÇS-dən ölüb
 

Qanada QİÇS-ə yoluxanların sayı gündən-günə artır.

Paralel.az xəbər verir ki, bu barədə QİÇS Komissiyasının direktoru Kyeremeh Atuahene açıqlama verib.

Ölkədə 2022-ci ildə 9 min 354 nəfərin QİÇS-dən öldüyünü qeyd edən Atuahene, həmin ildə 16 min 574 nəfərin xəstələndiyini və ölkədə HİV-ə yoluxanların ümumi sayının 354 min 927-yə çatdığını deyib.

Direktor vətəndaşları virusa qarşı testdən keçməyə çağırıb.

0.015181064605713