Çin ABŞ-yə pilotsuz təyyarə ixracını qadağan etdi

Çin ABŞ-yə pilotsuz təyyarə ixracını qadağan etdi
 

Çin "milli təhlükəsizlik və maraqları" qorumaq istədiyini bildirərək, ABŞ-yə yeni ixracat qadağalarını elan edib.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, Ticarət Nazirliyi bəzi dron mühərrikləri, lazerlər, rabitə avadanlığı və dron əleyhinə sistemlər də daxil olmaqla avadanlıqlara qoyulan məhdudiyyətlərin sentyabrın 1-dən qüvvəyə minəcəyini açıqlayıb.

Nazirlik sözçüsü verdiyi açıqlamada nəzarətin bəzi dronlara da təsir edəcəyini və heç bir mülki pilotsuz təyyarənin hərbi məqsədlər üçün ixrac edilməyəcəyini bildirib.

Həmçinin səlahiyyətlilər müvafiq ölkə və bölgələri məlumatlandırıblar. 

Qeyd edək ki, Çin böyük dron istehsal sənayesinə malikdir və ABŞ da daxil olmaqla bir çox bazarlara ixrac edir.

0.015974998474121