İrandan Türkiyəyə çağırış: Qoşunları bu bölgədən çıxar

İrandan Türkiyəyə çağırış: Qoşunları bu bölgədən çıxar
 

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyəni qoşunlarını Suriyadan çıxarmağa çağırıb.

Bu barədə nazir suriyalı həmkarı Feysəl Mikdadla Tehranda apardığı danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Biz hesab edirik ki, xarici dövlətlərin qüvvələrinin Suriyada olması bu ölkənin sabitlik və təhlükəsizliyinə heç bir töhfə verməyəcək. Türkiyənin Suriya ilə sərhədlərinin təhlükəsizliyi ilə bağlı narahatlığını yaxşı başa düşürük. Ancaq hesab edirik ki, Suriyada hərbi mövcudluq həll yolu deyil”, - Abdullahian bildirib.

0.014018058776855