Şoyqunun Moskvadakı mövtəşəm villası - FOTOLAR

Şoyqunun Moskvadakı mövtəşəm villası - FOTOLAR
 

Rus nəşri Rusiyanın müdafiə naziri Sergey Şoyqunun yaşadığı ehtimal olunan evinin fotoları dərc edib.

Paralel.az ” xəbər  verir ki, görüntüləri “Agentstvo” nəşri paylaşıb. 

Şoyqunun evinin fotoları media tərəfindən onu tikən “Leonardo proekt” memarlıq bürosunun saytında tapılıb və onun layihəni hazırlayan memarın tanışı da bunu təsdiqləyib.

Materialda deyilir ki, ev “Tuva” üslubunda tikilib. Moskva vilayətində Rublevo-Uspenskoye şossesində yerləşir  .

“Agentstvo”dən verilən məlumata görə, binada  iki hovuz, nəhəng ada kamini və bilyard otağı var.

Media qeyd edib ki, evin interyeri əsasən ağacdan hazırlanıb, əsas qonaq otağının mərkəzində divanla əhatə olunmuş nəhəng kamin var. 

Bundan əlavə, evdə olan mebellərdə Budda fiqurlarını iki böyük akvarium tamamlayır.

Şoyqunun evində bir böyük və bir kiçik hovuz tikilib, kitabxanası da var.

Mürtəza
Paralel.az

0.014882802963257