Kişineuda terroru Tacikistan vətəndaşı törədib: VİDEO - YENİLƏNİB

Kişineuda terroru Tacikistan vətəndaşı törədib: VİDEO - YENİLƏNİB
 

Kişineuda hava limanında iki nəfəri güllələyən şəxs “Vaqner” Özəl Hərbi Şirkətinin döyüşçüsü olub.

Belə bir iddia ilə Moldovanın “Pulsmedia” nəşri çıxış edib.

Məlumata görə, “Vaqner”çi hava limanında bir neçə dəfə atəş açıb və iki nəfəri  öldürüb. Hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Bildirilir ki, Moldova Prokurorluğu bir neçə nəfərin ölümünə səbəb olan terror aktı maddəsi ilə cinayət işi başladıb.

Moldovanın Baş naziri Dorin Reçeanın sözlərinə görə, Kişineu hava limanında atışmanı Tacikistan vətəndaşı təşkil edib.

Onun sözlərinə görə, insident nəticəsində iki nəfər həlak olub, bir nəfər yaralanıb.

***

Moldovanın paytaxtı Kişinyovda aeroportunda 2 nəfəri qətlə yetirən şəxs saxlanılıb.

Bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.

***

Moldovanın paytaxtı Kişinyovda aeroportda atışma olub.

APA TASS-a istinadən xəbər verir ki, Türkiyədən Moldovaya gəldiyi təxminən olunan şəxs odlu silahdan atəş açaraq sərhədçini yaralanıb.

Onun bir neçə nəfəri girov götürdüyü də bildirilir.

0.017108917236328