Türkiyədə prezident və parlament seçkiləri keçirilir... - Sadiq Qarayev

Türkiyədə prezident və parlament seçkiləri keçirilir... - Sadiq Qarayev
 

Dövlətin əsas gücü həm də seçkilər vaxtı üzə çıxır.
Seçkilərdə qutuya atılacaq hər bir bülleteni "qamarlamaq" üçün, "səsi tutub eşitmək" üçün mübarizə gedir, əllər , qulaqlar uzanır sadə seçicilərə.
Ümumiyyətlə bületenləri kim qamarlamaq istəyir?
1. Kapital sahibləri;
2. Siyasi hoqqabazlar;
3. Ölkədə, bölgədə marağı olan dünyanın siyasi, iqdisadi və hərbi güc mərkəzləri.
Niyə? Niyəsi elə adlarından aydındır.
Və onlar nə edirlər?
Pul xərcləyir, siyasi hoqqabazlıq edir, agentura şəbəkəsindən, mediadan, hər şeydən istifadə edirlər:
- tülkünü aslan, kolu nəhəng ağac kimi göstərirlər;
- vətənpərvəri xəyanətkar, cahili alim kimi göstərirlər;
- ölkənin maraqlarını mənasız, mənasız işləri aktual kimi gözə soxurlar.
- səs- küy, tozanağ yaradıb, gözləri görünməz, qulaqları eşitməz, ağılları kəsməz edirlər.
Beləliklə əsas seçici kütləsini- sadə vətəndaşları ilğımlarla çaşdırıb, beyinlərinə təsir edib, səslərini almaq, süni seçmə nəticəsində maraqlarına uyğun "sort" hakimiyyət qurmaq istəyirlər.
Təbii seçmədə isə mövcud şəraitə- milli dövlət və xalqın maraqlarına uyğun, davamlı, " növ" hakimiyyət seçilir.
Bax dövlətin gücü də təbii, " növ" hakimiyyətin iqtidara gəlməsini təmin etmək, sadə insanların beyinlərinə təsirin qarşısını almaq, xalqın və milli dövlətçiliyin maraqlarını qoruyan intellektli, peşəkar və vətənpərvər, dövlətpərvər komandanı, şəxsi seçməyə zəmin yaratmaqdır.
İnanırıq ki, Türk xalqı və dövləti bu seçkidə Türkiyə Respublikası, qardaş Azərbaycan, Türk dövlətləri və bölgə, dünya üçün faydalı nəticəsi olan seçki keçirəcək.
Bizim üçün "Şuşa bəyyanəmisindən" sonra, ola bilsin ki, "Zəngəzur bəyyanaməsi"də olacaqdır!

"Paralel.az"

0.029160976409912