İsrail ordusu Livanda kütləvi qətliamlar törədir
İşğalçı İsrail ordusu son 24 saat ərzində Livanın bir sıra bölgələrində əhalinin məskunlaşdığı ərazilər bombalaması nəticəsində azı 51 nəfər ölüb, 223 nəfər yaralanıb.
Bu barədə Beyrutda keçirilən mətbuat konfransında Livanın müvəqqəti səhiyyə naziri Firas Abyad bildirilib.
“Tibb müəssisələri fövqəladə rejimdə işləyir, xəstəxanalar doludur, həkimlər böyük yük altındadır”, - o deyib.
Xatırladaq ki, daha əvvəl sentyabrın 24-də işğalçı İsrailin hücumları nəticəsində 569 nəfərin öldüyü, 1,8 mindən çox insanın yaralandığı bildirilmişdi.