Bu teatra direktor əvəzi təyin olundu

Bu teatra direktor əvəzi təyin olundu
 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının baş rejissoru Mir Qabil Əkbərov teatrın direktor əvəzi təyin olunub.

Paralel.az xəbər verir ki, "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Həsən Seyidov müvafiq əmr imzalayıb.

Xatırladaq ki, teatrın əvvəlki direktoru Rza Xudiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə deputat seçildiyinə görə vəzifəsindən azad olunub.

 

0.061279058456421