“Mafiya dövlətini mafiya imperiyasına çevirmək istədiniz” – Britaniyanın XİN başçısı Putini ittiham etdi
Böyük Britaniyanın Xarici İşlər naziri Devid Lemmi BMT Baş Assambleyasının iclasında birbaşa Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, Lemmi Ukraynaya qarşı işğalçılıq müharibəsini başladığına görə şəxsən Putini ittiham edib və onun hakimiyyətini korrupsiyalaşmış mafioz dövlət adlandırıb: “Sizin Ukraynaya müdaxiləniz şəxsi maraqlarınız üçün idi. Yalnız sizin maraqlarınız. Mafiya dövlətinizi mafiya imperiyasına çevirmək üçün idi. Korrupsiya üzərində qurulmuş imperiya...”