“İmsak” kolbasalarında zərərli qida əlavələri aşkarlandı
“Səhliyalı” şirkətinin istehsalı olan halal nemət markasına aid “İmsak” lyubitelskaya kolbasalarının da istehsalında insan orqanizmi üçün zərərli olan qida əlavələrinin istifadə edildiyi məlum olub.
Tribunainfo.az xəbər verir ki, bu barədə elə istehsalçı şirkət özü kolbasaların tərkibi barədə məlumatda qeyd edib. Məlumatda qeyd edilib ki, “İmsak” kolbasalarının tərkibi mal əti (əla növ), toyuq və ya hinduşqa əti, kərə yağı və ya bitki yağı, üzsüz quru süd, nişasta, zülal stalizatoru, xörək duzu, natrium- nitrit, kompleks qida əlavələri (E-451, E-621, E-316) var.
Kolbasanın tərkibində olan bu qida əlavələri insan orqanizmi üçün olduqca zərərli hesab edilən və bir çox ölkədə istifadəəsi qadağan edilən əlavələrdir. Belə ki, kolbasanın tərkibində olan E451 natrium və kaliumun fosfatlarla zəngin duzlar olub ət məhsullarında, əritmə pendirdə, şirniyyatda, dondurmada, unlu toz qarışımlarda istifadə edilir. Diş məcunları və ağız baxım məhsullarında da istifadə edilir.
E451 qida əlavəsi E450 ilə eyni yan təsirlərə sahibdir. Almaniyada qadağandır. Qətiyyən tövsiyə olunmur. Siçanlar üzərində aparılan təcrübələrdə ümumi metabolizmin pozulmasına səbəb olur və hiperaktivliyə, mineralların sorulmasının ləngiməsinə, həzm pozulmalarına, sonsuzluğa, inkişafına mane olub ömrü qısaltdığı aşkar edilib.
E621 qida əlavəsi isə sinir hüceyrələrinə, mərkəzi sinir sisteminə zərər verir və kanserogendir. Ürək döyüntülərinə, hiperaktivliyə, boynun qıc olmasına, ürəkbulanmaya, qusmağa, qarın ağrısına, əzələ zəifliyinə, ümumi halsızlığa, yanma hissinə və miqrenə səbəb olur. Bəzi hallarda anafilaktik şoka səbəb olmuşdur. Bəzi dərmanlarla və həssas insanlarda sinir krizinə, şizofreniya və apatiyaya səbəb olur. Hədsiz iştah artmasına səbəb olduğundan piylənməyə səbəb olur.
Alkoqol və digər uyuşduruculardan da daha təsirli bir asılılıq yaradan maddə olub və toxluq hormonlarının ifrazına mane olduğu aşkar edilmişdir. Avropa Birliyi və bir çox ölkələrdə uşaq qidalarında istifadəsi məhdudlaşdırılıb. Qətiyyən tövsiyə olunmur.
Kolbasanın tərkibində olan E316 da istifadəsi məsləhət görülməyən qida əlavəsidir. Çox az miqdarda qəbulu zamanı yan təsirinin olmadığı iddia edilir. Ancaq artıq miqdarda istifadə olunduqda böyrək daşı, həzm problemləri, ishala səbəb olduğu müəyyənləşib. Bu maddə zəif unların qlüten keyfiyyətini yüksəldir, xəmirə elastiklik qazandırır, çörəkdə həcmi artırır, məhsulun iç quruluşunu və məsamələrini daha düzgün hala gətirir. Çox miqdarda qəbulu məsləhət görülmür.
Qeyd edək ki, “Səhliyalı” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Şirkətin direktoru Rövşən Səmədovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.