Vəkil 6 ildir daxili işlər nazirinin adından məhkəmənin işə baxmasına qadağa qoyub

Vəkil 6 ildir daxili işlər nazirinin adından məhkəmənin işə baxmasına qadağa qoyub
 

Əlirza Həbilov estafeti üç ilin vəkili Orxan Babayevə ötürüb

VK -nın intizam komissiyasının üzvü Əlirza Həbilovunetibarnaməsi olmadan DİN-in vəkili və nümayəndəsi kimi məhkəmə işlərinə çıxıb DİN-in 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə təminatı hüququna qadağa qoymasının tarixi 6 il qabaqdan başlayır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin  ( hakim Elçin Məmmədov ) icraatında olan pensiya təminatı ilə bağlı iş üzrə DİN tərəf olmadığı halda, Əlirza Həbilov etibarnaməsi olmadan məhkəmədə 2017-ci ildə3-cü şəxs kimi cavabdeh DSMF-in vəkili rolunda çıxış edib . 2018-ci ildə Şəki İnzibati-İqtisadi Məhkəməsinin ( hakim Kənan Vəliyev) iclasında cavabdeh DİN-in vəkili və nümayəndəsi kimi çıxış edən Əlirza Həbilov etibarsızlığınavəkil etikasını pozmasını da verdiyi bəyanatla əlavə edib. :” BİZ ALİ MƏHKƏMƏDƏ DƏ OLSA, İŞƏ BAXILMASINA İMKAN VERMƏYƏCƏYİK!”(?) Məhkəmə bu etik davranış kodeksindən qıraq bəyanata reaksiya verməsə də , 1-ci dərəcəli Qarabağ əlilinin şikayətinə DİN və VK-nın cavabı “ vəkil Əlirza Həbilovun DİN-i müdafiə çıxışının qanuni olduğu” olub.

15.02.2019-cu ildə Şəki İnzibati-İqtisadi Məhkəməsinin iclasında qərar qəbul edilmədiyi , iclasın növbəti tarixə təyin edildiyi e-məhkəmə sistemindən sübut olunduğu halda, hakim İlqar Cabbarov keçmiş həmkarı Əlirza Həbilovun tərtib etdiyi əndrabadi qərardadla iddianı mümkün saymayıb. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası da saxta qərardadı qanuni sayıb və bu qərardaddan iddiaçı 1-ci dərəcəli Qarabağ əlili birbaşa Ali Məhkəməyə kassasiyaşikayəti verib. Ali Məhkəmə 1-ci dərəcəli Qarabağ əlilinə vəkil ayrılması və vəkilin kassasiya şikayətini yazması üçün şikayəti Şəki Apellyasiya Məhkəməsinə göndərib. Əlirza Həbilovun məhkəməyə basqısı yenə baş rolda olub və vəkilin Şəkidən, Bakıdan, (lap Ağsudan ) yox, İsmayıllıdan ayrılması qərara alınıb. VK-dakı  intizam komissiyasının üzvü vəzifəsindən sui-istifadə edən Əlirza Həbilov İsmayıllıdan olan Nəvahid adlı vəkilə şikayəti yazmamağı tapşırıb və tapşırığa can-başla əməl edilib. Çoxsaylı şikayətlər sonucunda şikayət 3 aydan sonra Ali Məhkəməyə göndərilib. Əlirza Həbilov birinci instansiya məhkəməsində verdiyi bəyanata sadiq qalaraq Ali Məhkəmənin işə baxmamasına nail olub. Ali Məhkəmənin hakimi Kəmaləddin Bədəlov 12.02.2020 tarixli qərardadla kassasiya şikayətinin qəbulundan şikayətin gec yazılması əsası ilə imtina edib. 1-ci dərəcəli Qarabağ əlili 3 ildən çoxdur vəkilin şikayəti gec yazmasına görə məhkəmə təminatı hüququndan məhrum edilməsinin yolverilməz olduğunu bildirsə də, baxan yoxdur. Məhkəmə -Hüquq Şurasından bir neçə gün öncə dəlil və sübutları təqdim etmək məsləhəti görülüb , Nəvahid adlı vəkilə isə Əlirza Həbilovunhimayəsi altında irad bildirilməklə yetərlənilib .

Ali Məhkəmə Plenumunun 10.04.2015 tarixli 5 saylı “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 8.3 bəndini  ( iddianın mümkün sayılmaması haqqında qərardad, yenidən mümkünlük şərtlərinə əməl etməklə, eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir ) əsas tutub , hətta predmeti dəyişən 1-ci dərəcəli Qarabağ qazisinin iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində (BİİM) icraata götürülüb və məhkəmə sistemində struktur dəyişikliyi sonucu yaradılan Bakı İnzibati Məhkəməsinə verilib . Cavabdeh DİN-in adından Daxili Qoşunlarınnümayəndələrinin həm 2 saylı BİİM-də , həm də Bakı İnzibati Məhkəməsində hakimləri iddianın mümkün sayılmamasıhaqqında qərardadla “çaşdırmaq” çabaları alınmayıb. Hakimlər “qərardad”ı görən kimi, işə mahiyyəti üzrə baxılmamasının iddianın mümkünlüyünə mane olmadığınıbildiriblər. Yenidən DİN-in vəkili və nümayəndəsi Əlirza Həbilov etibarnaməsi olmadan DİN-in adından qeyri – prosessual fəaliyyətə başlayıb. Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyev gizlincə 25.02.2021 tarixli qərardadla iddianı mümkün saymayıb ki, “eyni tərəflər arasında eyni predmet və əsaslar üzrə qanuni qüvvəyə minmiş (Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.02.2019 tarixli )məhkəmə qətnaməsi” var. “Qətnamə” ilə “qərardad”ı ayıra bilməyən hakimin qərardadını iddiaçıya danışmağa imkan vermədən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası ( Xəyalə Cəmilova, Namiq Cəfərov,  Vahid Sadıqov ) 14.04.2021 tarixli qərardadla (Əlirza HəbilovunDİN-in adından sifarişi ilə) qüvvədə saxlayıb. Bu qərardad rəsmi qaydada İl yarımdan sonra verilib və kassasiya şikayəti vermək üçün vəkillə təminatdan imtina edilib ki, hələ qərardad qəbul edilməmişdən qabaq (?) iddiaçı 1-ci dərəcəli Qarabağ əlilinə vəkil ayrılıb və heç bir il də stajı olmayan vəkil (Sahilə Məmmədova) şikayəti yazıb . VK-nın intizam komissiyasının üzvü Əlirza Həbilovun burda da dəst – xətti ortadadır.

Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarı isə elektron məhkəmə sistemindən elə  yoxa çıxıb ki, PA-nın hüquq mühafizə orqanları ilə iş şöbəsi də tapa bilmir. Amma VK-nınintizam komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilovdaolan Ali Məhkəmənin 06.10.2021 tarixli qərarını Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov ) 12.12.2022-ci il tarixli iclasında nümayəndəsi Babayev Orxan Qılman oğlu təqdim edib. Çox maraqlıdır, sistemdə olmayan qərar VK-nınintizam komissiyasının üzvündə necə ola bilər? Deməli, qərarı elə Əlirza Həbilov tərtib edib.

DİN -dən öncə Əlirza Həbilovun DİN-in vəkili və nümayəndəsi olduğu bildirilib , keçən il isə keçmiş vəkil və səlahiyyətli nümayəndə olduğu vurğulanıb. Əlirza Həbilovyenə də özbaşınalıqdan əl çəkmir. Vurğuladığımız kimi , 12.12.2022-ci ildən DİN-in adından 3 il stajı olan vəkil Orxan Qılman oğlu Babayevi etibarnaməsi olmadan vəkil edib. Bu vəkil 12.04.2023-cü ildə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən Pərviz Hüseynov, Şərafət Məmmədova və Cahangir Yusifov )  iclasında DİN-in nümayəndəsi kimi etibarnaməsi olmadan iştirak edib. Vəkil özbaşınalığını bir qırağa qoyaq, bu boyda məhkəmə hakimiyyəti bilmir ki, vəkil dövlət orqanının,  özəlliklə istintaq, ittiham orqanı olan DİN-in nümayəndəsi ola bilməz? !

VK-nın intizam komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilovun etibarnaməsi olmadan DİN-in adından məhkəməyəguya nazirin göstərişi ilə basqı yapıb, məhkəmə təminatı hüququna qadağa qoyması hələ də sürür. İndi onun nümayəndəsi kimi Orxan Qılman oğlu Babayev çıxış edir. Maraqlıdır, DİN özünün Qarabağ əlilinin hüquqlarını müdafiə etməkdənsə, Vəkillər Kollegiyasını 1-ci dərəcəli qaziyə qarşı səfərbər edib? Lap etsin, bəyəm VK-nın etibarnaməsi olmadan vəkilliyi, nümayəndəliyi işə mahiyyəti üzrə baxılmasınaqadağa qoymaqdır? Niyə imkan verilmir, işə mahiyyəti üzrə baxılıb, haqq - ədalət qazansın! Özbaşınalığa baxın, 1-ci dərəcəli Qarabağ əlilinin pensiyasını vəkilə ödəyib, məhkəmə təminatı hüququna da qadağa qoyublar. Bunu kim götürsə də,yerdə Konstitusiyaya əsasən məhkəmə müstəqilliyinin təminatçısı olan Prezident,  göydə Allah götürməz! Di gəl, hələ ki götürürlər. ..

Daxili işlər naziri, general – polkovnik Vilayət Eyvazovdan sorğuya cavab verilməsi dilənilir :

SAYĞILI NAZİR, 3 İLİN VƏKİLİ ORXAN QILMAN OĞLU BABAYEV NƏ VAXTDAN DİN-İN İŞÇİSİ-NÜMAYƏNDƏSİDİR VƏ VƏKİLLƏ DİN-İN HÜQUQLARINI  (?) MƏHKƏMƏDƏ MÜDAFİƏ ETMƏK ÜÇÜN NEÇƏ İLLİYİNƏ MÜQAVİLƏ BAĞIAMISINIZ? ÜMUMİYYƏTLƏ, MÜQAVİLƏ BAĞLAMISINIZMI? “

Məğrur Bədəlsoy

0.018796920776367