Lökbatan qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş konsert olub

Lökbatan qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş konsert olub
 

10 may 2023-cü il tarixində Lökbatan qəsəbəsi, Heydər Əliyev Parkında  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bayram konserti keçirildi.                             Konsertdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, şəhid ailələri, qazilər, əsgərlər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edirdi.                       Konsertdə Xalq artisti İlqar Muradov, Əməkdar artist Sevinc Sarıyeva,  Müdafiə Nazirliyi Hərbi orkestrinin solistləri  Nigar Rəhimova və  Mətləb Ağayev,  IV Muğam müsabiqəsinin qalibi Zümrüd Məmmədova  və digər müğənnilər Ulu Öndərə ithaf olunmuş mahnılar və onun sevdiyi şərqiləri səsləndirdilər. Rəqslər nümayiş olundu.  5000 nəfərdən çox insan konsertə tamaşa etdi. Konsert proqramı atəşfəşanlıqla sona çatdı.

 

0.018694877624512