Paşinyan ZMMK-dan vergi daxilolmalarının azalmasını izah etdi

Paşinyan ZMMK-dan vergi daxilolmalarının azalmasını izah etdi
 

"Paralel.az" xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib: "2022-ci ildə Zəngəzur Mis-Molibden Kombinatı 145 milyard 536 milyon dram vergi ödəyibsə, 2016-cı ildə 7,8 milyard dram ödənilib.

Eyni zamanda, o, 2018-ci ildə ZMMK-nin 20,2 milyard dram vergi ödədiyini, lakin 2019 və 2020-ci illərdə azalmanın qeydə alındığını söylədi.

“Bunun səbəbi nə ola bilər? İndi geriyə nəzər saldıqda məlum olur ki, 2019-cu ildə yüksək rütbəli dövlət məmurunun ailəsi zavodun səhmdarına çevrilib. Təbii ki, 2019-cu ildə bu yüksək vəzifəli məmur vəzifəsindən azad edildi və 2020-ci ildə covid və müharibə səbəbindən bu məsələ ilə məşğul olmağa vaxtımız olmadı” - deyə baş nazir bildirib.

Paşinyan deyib ki, hüquq-mühafizə orqanları bu məsələyə çox diqqətlə baxmalıdır.
Dəniz Nəsirli

0.035449028015137