Jurnalist İvan Safronovun qohumları ona koloniyada baş çəkiblər

Jurnalist İvan Safronovun qohumları ona koloniyada baş çəkiblər
 

Jurnalist İvan Safronovun qohumları ona koloniyada baş çəkə biliblər

Onlar üç ildən sonra ilk dəfə görüşdülər

"Paralel.az" xəbər verir ki, “Vətənə xəyanət” ittihamı ilə cəza çəkən jurnalist İvan Safronovun anası və bacısı Krasnoyarsk ətrafındakı koloniyada ona baş çəkəiblər. Teleqram kanalına jurnalistin bacısı İrina Safronova "Safronova azadlıq!" şüari paylaşıb.
Safronovanın sözlərinə görə, qardaşı yaxşı görsənirdi: “Əgər bütün “ətrafı” atsan, o, dəyişməyib”.

“Vanyanın heç bir illüziyası yoxdur. Əvvəlki kimi zarafatlarından qalmır. Bəli, vaxt keçir və ondan daha səmərəli istifadə etmək olardı. Ancaq eyni zamanda, o, bu vaxtdan necə düzgün istifadə edəcəyini düşünür" - deyə jurnalistin bavısı bildirib.

Jurnalist bacısı deyib ki, türmədə onu dəstəkləyən 60 nəfərin var: “Əsas kontingent heç bir təhsili olmayan gənc oğlanlardır, onlar narkotik ittihamı ilə həbsdədir. Vanya onlara məktub yazmağı öyrədir. Ondan kitablar haqqında soruşurlar, sonra həmin kitabları oxumağa aparırlar.

Dəniz

0.015655040740967