Seçki bülletenləri Türkiyəyə göndərildi - FOTOLAR
"Paralel.az" xəbər verir ki, Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının istifadə etdikləri seçki bülletenləri Ankaraya göndərilib. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı məlumat yayıb.
Diplomat qeyd edib ki, Bakıdan yola çıxan millətin iradəsini əks etdirən bülletenlər bizim YSK-ya çatdırıldı. Ölkəmizə, millətimizə, gələcəyimizə xeyirli olmasını arzu edirik".
Qeyd edək ki, 14 mayda Türkiyədə keçiriləcək parlament və prezident seçkiləri üçün ölkə xaricində səsvermə prosesi 27 aprel tarixindən start götürüb.
Ş.Salehqızı