Şeyxin iranlı qardaşları niyə xain çıxdı?

Şeyxin iranlı qardaşları niyə xain çıxdı?
 

İran mollalarının doğma qardaşı ermənilərimiş

Azərbaycanda İran molla rejiminin dayağı kimi tanıdığımız Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Allahşükür Paşazadə Tehranda Azərbaycan səfirliyinə qarşı baş verən terrordan sonra xeyli narahatdır.

Son günlər Azərbaycan mediasını izləyən hər bir insan İranın paytaxtı Tehranda səfirliyimizə edilən silahlı basqına QMİ-nin münasibətini öyrənməyə çox maraqlıdır. Ona görə də ölkə vətəndaşları QMİ-nin terror aktına daha sərt etiraz etməməsinə təəccüblənir.

Hazırda QMİ-nin ölkəmizdən daha çox İranın mənafeyinə xidmət etdiyi barədə cəmiyyətdə gəzən söz-söhbətlər heç də təsadüfi deyil. Artıq Tehranda Azərbaycan səfirliyinə silahlı basqın nəticəsində bir nəfərin şəhid olması və 2 nəfərin yaralanmasını bütün dünya kəskin qınayır, amma QMİ-nin terrora ciddi və kəskin etiraz səviyyəsində ciddi münasibət bildirməməsi ictimaiyyətin haqlı olduğunu ortaya qoyur.

Şeyxin iranlı qardaşlarının xain çıxmasının əsil səbəbisə, onların ermənilərlə doğmalığı imiş. Çünki Şeyx özü də etiraf edib ki, "İran mollalarının doğma qardaşları var imiş, biz ögey imişik"!

Səfurə

0.029049873352051