5 ay ərzində "Asan Kommunal" və "Asan Xidmət" mərkəzlərində vətəndaşlara 180195 göstərilib

5 ay ərzində
 

Paralel.az xəbər verir ki, 2022-ci ilin ilk 5 ayı ərzində “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən vətəndaşlara 180195 xidmət göstərilib. 

Ümumilikdə, SOCAR “Azəriqaz” İB Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən 3 “ASAN Kommunal” mərkəzlərində, regionlarda isə 14 “ASAN xidmət” mərkəzlərində (Şamaxı, Kürdəmir, Gəncə, Masallı, İmişli, Sabirabad, Tovuz, Mingəçevir, Ağcabədi, Bərdə, Quba, Şəki, Balakən və Qəbələ şəhərlərində) vətəndaşlara xidmət göstərir. Əsas məqsəd istehlakçılardan daxil olan müraciətlər əsasında qaz təchizatı ilə bağlı hərtərəfli xidmətin təşkil edilməsi, yeni ideyalar, innovasiyalar tətbiq etməklə vətəndaşlara ən keyfiyyətli xidmətlər təklif etməkdən ibarətdir.
Müştəri məmnuniyyətinin təmin olunması üçün xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir, qarşıya qoyulmuş prioritetlər həyata keçirilir. Xidmətlərin göstərilməsində innovativ metodlar vətəndaşlara vaxtlarına və vəsaitlərinə qənaət etməyə imkan verir. “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz” İB tərəfindən xidməti pəncərələrdə 21 (iyirmi bir) növ xidmət göstərilir.

0.03579306602478