Yaponiyada delta ştammı özünü məhv edib?

Yaponiyada delta ştammı özünü məhv edib?
 

Paralel.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mutasiyalarından birinin - delta ştammının özünü məhv edə biləcəyinə şübhə edir. Lakin yapon alimlərinin ehtimalına görə, bu proses Yaponiyada yoluxanların sayının azalmasına səbəb olub. Bu barədə Lente.ru-ya qurumun nümayəndəsi bildirib.

Həmsöhbətin sözlərinə görə, bu növ virusun yox olması ehtimalı azdır, çünki o, hələ də başqa ölkələrdə insanları yoluxdurur. "Bu mutasiya bütün dünya alimlərinə məlum olan delta ştammının daha iki milyon genetik ardıcıllığı arasında tapıla bilər", - şərhdə əlavə edilib.

Bu halda Yaponiyada infeksiyaların sayının azalmasına nə səbəb ola biləcəyi ilə bağlı suala cavab olaraq, mütəxəssis bunun çox güman ki, infeksiyadan qorunmaq üçün tədbirlərə riayət edilməsi və aktiv peyvəndlə əlaqəli olduğunu ehtimal edir.

Eyni zamanda, Yaponiya Milli Genetika İnstitutunun professoru İturo İnoue hesab edir ki, virusun delta ştammı özünü məhv etdikdən sonra ölkədə COVID-19-a yoluxma halları azalıb. O, bu alt növün onu "sındıran" daimi mutasiyalar səbəbindən yoxa çıxdığını irəli sürüb.

0.015775918960571