İndi Mikayıl Müşfiqin abidəsinin yanında mədəni tədbirlər deyil, alkaşların 'serenadası' səslənir.

İndi Mikayıl Müşfiqin abidəsinin yanında mədəni tədbirlər deyil, alkaşların 'serenadası' səslənir.
 

İndi Mikayıl Müşfiqin abidəsinin yanında mədəni tədbirlər deyil, alkaşların 'serenadası' səslənir. Məsələnin ən ağrılı tərəfi odur ki, proseslər Yasamal icra başçısı Elşad Həsənovun gözlərinin qarşısında və dolayısıyla, himayəsi ilə baş verir.

Görünən odur ki, Elşad Həsənovun arxası çox böyük yerlərə 'söykənir', əks halda Prezident və 1-ci Vitse-Prezidentin olduqca həssas yanaşdıqları bu abidəni bu formada 'kababxanaya' satmazdı!?

Onu da qeyd edək ki, artıq bir çox ictimai xadim, mədəniyyət sahəsində öz sözünü demiş şəxslərlə əlaqə saxlanılıb, münasibət öyrənilib. Çox güman, yaxın günlərdə Elşad Həsənovun bu özbaşınalığı və mədəni terroru ilə bağlı ölkə başçısına və 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlanacaq.

Məlumat üçün qeyd edək ki, 16 iyun tarixində məsələ ilə bağlı 7NEWS.az saytında yazı dərc edilmişdi. Yazıdan az qala 1 ay öncə icra hakimiyyətinə rəsmi sorğu göndərilmiş, medianın bütün etik normalarına uyğun addımlar atılmışdır. İcra Hakimiyyətinin bu günə qədər rəsmi cavab ünvanlamaması və 'EveRest' restoranın fəaliyyətinin davam etdirilməsi növbəti yazının dərcinə ehtiyac yaratmış oldu.

Oxucularımıza bundan öncə 7NEWS.az saytında dərc edilən yazını təqdim edirik.

Bu günlərdə 7NEWS.az redaksiyasına maraqlı məlumat daxil olub. Məlumatda qeyd edilir ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mikayıl Müşfiqin abidəsi yerləşən park növbəti dəfə zəbt olunub. Bundan öncə də bu ərazi zəbt olunacaqdı, hətta dahi yazarın heykəli də aşırdılmışdı. Bakı şəhəri, Yasamal rayonu ərazisində İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yenidənqurma işləri zamanı görkəmli şairMikayıl Müşfiqin abidəsi götürülmüşdü.Sonra Prezident İlham Əliyevin tapşırığı ilə abidə əvvəlki yerinə qaytarılıb.

Görünən odur ki, ölkədə gedən prosesləri, islahatlar dalğasını dərk etməyən və yaxud qulaqardı vuran məmurlar, sahibkarlar hələ də iş başındadırlar.

Belə ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mikayıl Müşfiqin abidəsi yerləşən parkın ərazisini "EveRest" adlanan restoran zəbt edib. Şikayətçinin dediklərini araşdırmaq üçün ünvana yollandıq və yerində dəqiqləşmə apardıq. Əməkdaşımız şikayətçinin redaksiyamıza ünvanladığı müraciətin həqiqət olduğunu üzə çıxardı.

Eyni zamanda, əldə etdiyimiz məlumata görə binada yerləşən "EveRest" restoranının açıq havada zəbt etdiyi ərazi qeyri-qanunidir və "aylıq haqq” müqabilində işləyir. Məlumatda qeyd edilir ki, "EveRest" restoranının sahibi Mikayıl Müşfiqin abidəsini zəbt etmək, qeyri-qanuni yolla varlanmaq üçün hər ay Yasamal Rayon İcra Hakimiyyətinə 2000 manat məbləğində pul ödəyir.

Məsələ ilə bağlı dünən Yasamal Rayon İcra Hakimiyyətinə rəsmi sorğu vermişik. İcra Hakimiyyəti onlara qarşı olan iddianın əsassız olduğunu isbatlamaq üçün biabırçılığa son qoymalı, parkın qanunsuz zəbt olunan hissəsini azad etməli, vətəndaşların istifadəsinə verməlidir. Əgər heç bir reaksiya olmayacaqsa, o zaman deyilənlər öz təsdiqni tapmış olacaqdır. İstənilən halda, Prezidentin ziyarət etdiyi abidənin ərazisini hansısa restorana icarəyə vermək, sözün elə əsl mənasında harınlıqdır.

Xatırladaq ki,Mikayıl Müşfiqin heykəlinin yarım əsrədək yaşı var və "Azərbaycan Respublikasının ərazisində olan, dövlət tərəfindən qorunan tarixi və mədəni abidələr" siyahısına daxildir.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə 05 iyul 2021- tarixində rəsmi müraciət etdik. İcra hakimiyyətinin nümayəndəsi redaksiyamızla əlaqə saxlayaraq, obyektin qanunsuz olaraq fəaliyyət göstərdiyini bildirdi: ""EveRest" restoranı icra hakimiyyətindən, Ticarət departamentindən və digər aidiyyatı qurumlardan heç bir icazə almadan park ərazisini zəbt edib və qanunsuz ticarətlə məşğul olub, bu hal aradan qaldırılacaq.”

Biz də redaksiya olaraq 10 gün ərzində ərazini reyd elədik. Gördüyümüz mənzərə isə sözün əsl mənasında Yasamal rayonunda olan dərəbəyliyi, açıq özbaşınalığı ifadə edirdi. Belə ki, restoran park ərazisinin daha böyük hissəsini zəbt edib və daha böyük ticarətə davam edib. Görünən odur ki, şikayətçinin redaksiyamıza ünvanladığı müraciət həqiqətdir və Yasamal icra başçısı son olaylardan sonra Prezidentə qarşı çıxaraq dahi yazarımız Mikayıl Müşfiqi restorana maraq müqabilində "satıb”.

İcra Hakimiyyəti məsələ ilə bağlı məlumatlandırılıb və rəsmi cavablarını da oxucularımıza çatdıracağıq.

Paralel.az





0.033143997192383