AMEA prezidenti və İnstitutun Bas direktoru imza toplamaq kampaniyasına başlayıblar- Professor 

AMEA prezidenti və İnstitutun Bas direktoru imza toplamaq kampaniyasına başlayıblar- Professor 
 

AMEA prezidenti İsa Həbibbəyli və İnstitutun Bas direktoru Nadir Məmmədli əleyhimə imza toplamaq kampaniyasına başlayıblar. İmza atmayanlar onlara qeyri-leqal gəlir əldə etmək üçün yaradılan şəraitdən məhrum ediləcəkləri ilə hədələnirlər.

Paralel.az xəbər verir ki, bu açıqlama ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov çıxış edib.

Professor qeyd edib ki, ortaya  qoyduğum elmi işlərin rəqabətinə, üstəlik, haqlı tənqidlərimə dözməyən Həbibbəyli və Məmmədli cütlüyü məni cəzalandırmaq qərarına gəliblər.

"Olkədə Prezident İlham Əliyevi, vitse-prezident Mehriban xanım Əliyevanı insafsızcasına tənqid etmək olar, amma elmi mühiti bərbad günə qoymuş İsa Həbibbəyliyə və Nadir Məmmədliyə haqlı olaraq gözün üstə qaşın var demək olmaz. Özlərini akademik müqəddəs sayan bu şəxslər günahı ölkənin birinci şəxslərinin üzərinə yönəltməklə hər cür hiyləni gözəl bacaran "nadir" kadrlardır.
Qurumda elmi fəaliyyətdən başqa, hər cür zərərli fəaliyyətlə məşğuldurlar. Dəhşətdir!" - deyə, İdris Abbasov bildirib. 

0.0086030960083008