Ruslan Əliyev "Azərenerji"nin rəhbəri Baba Rzayev yerinə təyin olunacaq?…..
Yaxın vaxtlarda "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Balababa Rzayevin vəzifəsindən azad olunacağı gözlənilir.
Məlumata görə, Balababa Rzayev işində yol verdiyi ciddi nöqsanlara görə yola salınacaq. Xəbər verdiyimiz kimi, bu ilin oktyabr ayının 5-də Baş nazir Əli Əsədov "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa (Baba) Rzayevə şiddətli töhmət verib.
"Azərenerji" ASC-nin prezidentinə töhmət verilməsinin səbəbi 2024-cü il üzrə təsdiq edilən yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etməsi olub.
"Azərenerji" ASC-nin yeni prezidenti isə "Azəriqaz" İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyev təyin oluna bilər.
O, hazırda "Azərenerji" ASC-nin departament direktoru vəzifəsində çalışır.
Qeyd edək ki, Ruslan Əliyev ixtisasca energetika mühəndisidir. O, 1995–1999-cu illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik energetikası" (İstilik elektrik stansiyaları) ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi bitirib, texnika üzrə fəlsəfə doktorudur.
Bu sahənin peşəkarı olan Ruslan Əliyevin "Azərenerji" ASC-nin rəhbərliyinə gətirilməsi sözügedən sektorda ciddi irəliləyişlərə gətirib çıxara bilər.
Xatırladaq ki, Ruslan Əliyev bu ilin əvvəlində "Azəriqaz"ın baş direktoru vəzifəsindən azad edilmişdi.
Demokrat.az